Şıxovda çöl quşları tələf oldu - AQTA araşdırır

19:03 09.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə çöl quşlarının səbəbsiz şəkildə ölməsi ilə bağlı paylaşımlar edilib.

Hafta.az xəbər verir ki, istifadəçilər bu halla Şıxov çimərliyində rastlaşdıqlarını bildiriblər.

Görüntülərdə bir neçə çöl quşunun cəsədi yer alır.

Məsələ ilə bağlı  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, çöl quşlarının tələfatı aidiyyəti qurumlarla birgə araşdırılır.